📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur futbol klubu müflis oldu

2026-07-18 20:57:50

Məşhur futbol klubu müflis oldu

Portuqaliyanın “Boavişta” klubu ağır maliyyə problemləri səbəbindən rəsmi olaraq müflisləşmə proseduruna başladığını açıqlayıb.

Modern.az xəbər verir ki, klub borclarına görə yarış lisenziyası ala bilmədiyindən fəaliyyətini əvvəlki qaydada davam etdirmək mümkün olmayıb. 

Rəsmi açıqlamada bildirilib ki, məhkəməyə təqdim olunan Xüsusi Yenidənqurma Planının (PER) təsdiqlənməməsi və əvvəlki illərdən qalan maliyyə öhdəlikləri vəziyyəti daha da ağırlaşdırıb. Rəhbərlik qeyd edib ki, son iki ildə vergi ödənişləri həyata keçirilib, FIFA-nın transfer qadağaları aradan qaldırılıb və komanda son tura qədər elitada qalmaq uğrunda mübarizə aparıb.

Buna baxmayaraq, 2019-2023-cü illərdə yığılan borclar və çoxsaylı məhkəmə çəkişmələri klubun maliyyə sabitliyini bərpa etməyə imkan verməyib.

 “Boavişta” rəhbərliyi hazırda yeganə çıxış yolunun klubun yenidən strukturlaşdırılması məqsədilə müflisləşmə prosedurundan keçmək olduğunu vurğulayıb. Klub eyni zamanda əsas komandanın yeni mövsümə hazırlığa başladığını və rəhbərliyin “Boavişta”nı hansı liqada çıxış etməsindən asılı olmayaraq yenidən ayağa qaldırmaq niyyətində olduğunu bildirib. 

Qeyd edək ki, Portuqaliya çempionu (2000/2001) olan “Boavişta”nın əsas sahibi maliyyə problemləri səbəbindən Fransa peşəkar futbolundan kənarlaşdırılmış “Bordo”nun da sahibi Jerar Lopesdir.