📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Messi karyerasını başa vurdu

2026-07-21 11:55:39

Messi karyerasını başa vurdu

Argentina millisinin kapitanı Lionel Messi yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə jurnalist Ernan Kastilyo "X" sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, 39 yaşlı hücumçu DÇ-2026-nın finalında İspaniyaya 0:1 hesabı ilə məğlub olduqları görüşdən sonra paltardəyişmə otağında komanda yoldaşlarına bunun millidə son oyunu olduğunu bildirib.

Hazırda ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən Messi Avropa karyerası ərzində İspaniyanın "Barselona" və Fransanın PSJ klublarının formasını geyinib.

Lionel Messi Argentina millisinin heyətində dünya çempionu (2022), ikiqat Amerika Kubokunun (2021, 2024) və Finalissima (2022) qalibi olub. O, həmçinin 8 dəfə "Qızıl top" mükafatını qazanaraq bu göstərici üzrə rekordçudur.

Qeyd edək ki, Lionel Messinin millidən ayrılması ilə bağlı məlumat hələlik Argentina Futbol Assosiasiyası və futbolçunun özü tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.