Messinin yenidən dünya çempionu olması üçün hər şeyi edəcəyik - Xulian Alvares
2026-07-13 18:53:36
Madridin "Atletiko" klubunun hücumçusu Xulian Alvares bildirib ki, Argentina millisi komandanın kapitanı Lionel Messi naminə 2026-cı il Dünya çempionatını qazanmaq istəyir.
"Messinin yenidən Dünya çempionatını qazanması üçün hər şeyi edəcəyik. Hər oyun onun üçün əsl mübarizədir", - Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Alvares deyib.
Dünya çempionatının dörddəbir finalında Argentina İsveçrəni əlavə vaxtda 3:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib və orada İngiltərə ilə qarşılaşacaq. Oyun iyulun 15-də keçiriləcək.