📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mətanətdən verilişinə çağırılmayan müğənnilərə: "Əlinizi cibinizə atın"

2026-07-10 13:04:36

Mətanətdən verilişinə çağırılmayan müğənnilərə:

Aparıcı Mətanət Əliverdiyeva verilişinə çağırılmadığı üçün gileylənən müğənnilərə səslənib.

Bu barədə o, "Xəzər axşamı" proqramında danışıb.

Aparıcı həmin ifaçılara sənətlərinə pul xərcləməyi və repertuarlarını yeniləməyi məsləhət görüb:

"Çox müğənni bizə müraciət edir ki, "Bizi çağırmadınız", "Nə bilim, nə oldu". Hamınız gəlin, repertuarınızda dəyişiklik edin, rica edirəm. Qəşəng bəstəkar mahnılarımız var. Onları aranjeman etdirin. Yəni bir balaca əlinizi cibinizə atıb xərc çəksəniz, inandırıram sizi, o xərcin bəhrəsini də görəcəksiniz". (Axşam.az)