📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Millidə dava sonrası heyət dəyişdi

2026-06-06 13:31:49

Millidə dava sonrası heyət dəyişdi

Azərbaycan millisinin Avstriya toplanışında heyətdə dəyişiklik edilib. Malta ilə oyundan sonra futbolçular arasında yaşanan gərginliyin ardından iki oyunçu düşərgədən ayrılıb.

Modern.az xəbər verir ki, AFFA-nın yaydığı məlumata görə, Anton Krivotsyuk və Abdulla Xaybulayev Azərbaycan milli komandasının heyətindən çıxarılıb.

Qeyd edək ki, millimiz Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda Maltaya 0:2 hesabı ilə məğlub olub.

Həmin qarşılaşmada rəqibin ikinci qolundan sonra futbolçular arasında gərgin anlar yaşanıb və oyunçular bir-biri ilə mübahisə edib.

AFFA isə heyət dəyişikliklərinin səbəbi ilə bağlı əlavə məlumat verməyib.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv iyunun 9-da San Marino yığması ilə qarşılaşacaq.