📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Misir millisinin Argentinaya qarşı matçda qəhrəmanlarından biri "Sabah"ın hədəfində

2026-07-11 17:40:49

Misir millisinin Argentinaya qarşı matçda qəhrəmanlarından biri

"Sabah" futbol klubu heyətini yeni futbolçu ilə gücləndirmək üçün hərəkətə keçib.

Hurriyyet.info İdmanxeber.az-a istinadla xəbər verir ki, Bakı təmsilçisi Misir millisinin və İspaniyanın "Oviedo" klubunun cinah müdafiəçisi Hayssem Hassanı heyətinə qatmaq istəyən komandalar sırasındadır. Məlumata görə, 23 yaşlı futbolçu ilə Cənubi Afrika və Avropa klubları da maraqlanır.

Hələlik tərəflər arasında rəsmi danışıqlar və ya transferlə bağlı razılıq əldə olunması barədə məlumat yoxdur.

Qeyd edək ki, Hassan müqavilə ilə "Oviedo" klubuna məxsusdur. O, ötən mövsüm La Liqada 38 oyun keçirib və 3 assist edib.

Xatırladaq ki, futbolçu Misirin dünya çempionatında Argentinaya məğlub olduğu matçda (2:3) məhsuldar ötürmə ilə yadda qalmışdı.