📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Modelyerin atasının qətli ilə bağlı daha bir məlumat

2023-10-19 20:08:04

Modelyerin atasının qətli ilə bağlı daha bir məlumat

Modelyerin atasının qətli ilə bağlı daha bir məlumat

Hurriyyet.Az "News24.az"a istinadən bildirir ki, tanınmış modelyer Elnarə Bəkirovanın atasını qətlə yetirməkdə təqsirləndirilən Mustafa Zeynalov və Namiq Əliyev millət vəkili Elnur Allahverdiyevin qohumlarıdır.

Bu barədə E. Bəkirova məlumat verib. O bildirib ki, atasını qətlə yetirən Mustafa Zeynalov "Kontakt home"un baş direktoru, millət vəkili Elnur Allahverdiyevin dayısıdır. Zərərçəkmiş qeyd edib ki, qətldə təqsirləndirilən digər şəxs Namiq Əliyev isə Elnur Allahverdiyevin digər dayısının kürəkənidir. Qeyd edək ki, E. Bəkirovanın atası Kamran Bəkirov bu ilin aprel ayında üzərində 3 yüz min manatla itkin düşüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K. Bəkirovun Mustafa Zeynalov və Namiq Əliyev tərəfindən qətlə yetirildiyi məlum olub.