Moldova ərazisində PUA qalıqları aşkar edilib
2026-06-08 10:55:58
Moldova Milli Ordusunun müşahidə və transsərhəd əməkdaşlıq sistemləri Mixaylovka-Lopatna istiqamətindən pilotsuz uçuş aparatının (PUA) dövlət sərhədini keçdiyini qeydə alıb.
Hurriyyet.info xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyinin məlumatında deyilir.
Lopatna yaşayış məntəqəsi yaxınlığındakı kənd təsərrüfatı sahələrində PUA qalıqları aşkar edilib.
"Hadisə yerində aşkar edilmiş izlər daha əvvəl partlayışın baş verdiyini göstərir. Dronun mənşəyini və insidentin başvermə şəraitini müəyyən etmək üçün tapılmış fraqmentlər araşdırılır. Qeyd edək ki, bu gecə Rusiya dron və raketlərdən istifadə edərək Ukraynaya kütləvi hücum həyata keçirib", - məlumatda bildirilib.