📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moped sahibləri OXUSUN

2026-07-10 12:42:58

Moped sahibləri OXUSUN

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

Hurriyyet.info -nun məlumatına görə, layihə mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumlarını müəyyənləşdirir.

Layihəyə əsasən, mopedlərin texniki baxışdan keçirilməsinə görə 15 manat, qeydiyyatına görə 10 manat, dövlət qeydiyyat nişanlarının verilməsinə görə 15 manat, mopedlərin idarə olunmasına sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə 40 manat, mopedlərin idarə olunmasına sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə 20 manat rüsum ödənilməsi təklif edilir.

Həmçinin, layihəyə əsasən, moped üçün sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi və qeydiyyat şəhadətnaməsinin verilməsi üçün ayrılıqda 30 manat rüsum müəyyən edilir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.