Müctəba Xamenei atasının ölümünə görə qisas alınacağına söz verdi
2026-07-11 20:26:12
İranın dini lideri Müctəba Xamenei Tehranın ABŞ-İsrail zərbələrinin qurbanı olan Əli Xameneinin və digər iranlıların ölümünə görə qisas alacağına söz verib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Müctəba Xamenei atası, keçmiş dini liderin dəfn mərasimi münasibətilə yazılı müraciətində bildirib.
"Bu qisas xalqımızın iradəsidir və mütləq yerinə yetirilməlidir", - deyə qeyd edib.