📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müctəba Xamenei Trampa MEYDAN OXUDU: "Yeni cəhbələr açılacaq"

2026-05-19 12:46:39

Müctəba Xamenei Trampa MEYDAN OXUDU:

İranın ali rəhbəri Müctəba Xamenei ABŞ-nin hücum təhdidlərinə cavab olaraq Tehranın münaqişə zonasını genişləndirməyə hazır olduğunu bəyan edib.

Hurriyyet.info  xəbər verir ki, bu barədə məlumat İran ali rəhbərinin rəsmi "Telegram" kanalında dərc olunub.

"Düşmənin zəif və lazımi təcrübəyə malik olmadığı cəbhələrin açılması istiqamətində işlər görülüb. Hərbi vəziyyət davam edərsə, maraqlarımıza əsasən bu əlavə cəbhələr açılacaq", - deyə bəyanatda bildirilir.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ prezidenti Donald Trampın İranla bağlı planları məlum olub. Bildirilir ki, əgər Tehran yaxın günlərdə münaqişənin nizamlanması üzrə danışıqlarda güzəştə getməyə hazır olduğunu nümayiş etdirməsə, Ağ Ev rəhbəri İrana qarşı hərbi əməliyyatların bərpa olunması imkanlarını nəzərdən keçirir.