📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müəllimlərin DİQQƏTİNƏ - Sizə çox önəmli xəbərimiz var/VİDEO

2023-04-29 20:47:00

Müəllimlərin DİQQƏTİNƏ - Sizə çox önəmli xəbərimiz var/VİDEO

Xəbər verdiyimiz kimi, müəllimlərin sertifikasiyası ilə bağlı yeni qaydalar tətbiq ediləcək.

Millət vəkili Ceyhun Məmmdəovs bildirib ki, bu sahədə dəyişiklik üçün Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirələr  aparılıb. Onun sözlərinə görə, bəzi müəllimlərin sertifikasiyadan keçməsi könüllü olacaq.

Deputat qeyd edib ki, indiki qaydalara əsasən ilk dəfə işə qəbul olunan müəllimlər 5 il müddətinə sertifikatlaşdırmadan azad olunurlar. Amma yeni təkliflərdə bu müddətin 3 ilə endirilməsi planlaşdırılır.

Elm və Təhsil komitəsinin üzvi vurğulayıb ki, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müvafiq vəzifədə çalışan müəllimlərə sertifikasiyadan keçməmək üçün möhlət veriləcək.

Millət vəkili əlavə edib ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən müəllimlər də 1 illik möhlət hüququndan yararlana biləcəklər.

Qeyd edək ki, təhsil haqqında qanuna təklif edilən dəyişiklikdə bağça müəllimlərinin də sertifikatlaşdırmadan keçməsi nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: