Müəllimlərin maaşına əlavələr olundu
2023-12-09 22:10:59
Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib.
Bu barədə Hurriyyet.Az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesindən keçmiş 5 246 müəllimin vəzifə maaşına 35 faiz, 17 914 müəllimə isə 10 faiz artım tətbiq olunub.
