📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müğənni Sevdanın səsi batdı

2026-07-08 21:02:27

Müğənni Sevdanın səsi batdı

Müğənni Sevda Əliqızının səsi batıb.

Hurriyyet.info xəbər verir ki, o, qonaq olduğu "Günə uğurla" verilişində bu barədə danışıb:

"Səsimdə problem yaranıb. Düzəlmir. Bakıda da, xaricdə də müraciət etmədiyim həkim qalmayıb. Səsimdə xırıltı var, canlı ifa edə bilmirəm. Müalicələr davam edir. Bir ildir müalicə alıram, amma heç nə xeyir etmir. Danışa bilmirəm, səsim açılmır. Orqanizmimdə turşuluq çoxdur, o da səs tellərimi yandırır. Mübarizə aparıram, xəstəliklərə əhəmiyyət vermirəm. Həyatıma davam edirəm".