Müharibə alovlandı: İranın raket zərbələrindən sonra Küveytdə dəhşətli səhər
2026-07-19 13:27:07
Yaxın Şərqdə gərginlik son həddə çatıb və regionda irimiqyaslı hərbi toqquşma başlayıb.
Hurriyyet.info xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH - KSİR) səhər saatlarında Küveyt ərazilərini intensiv raket atəşinə tutub. Həyata keçirilən bu qəfil və güclü bombardman dalğasından sonra Küveyt ordusu dərhal həyəcan siqnalı ilə ayağa qaldırılıb və ölkənin hava hücumundan müdafiə sistemləri, xüsusilə ABŞ istehsalı olan "Patriot" kompleksləri tam gücü ilə işə düşüb.
Hazırda Küveytin müvafiq bölgələrində düşən raketlər və hava hücumundan müdafiə sistemlərinin qarşıdurması səbəbindən ard-arda dəhşətli partlayış səsləri eşidilməkdədir.
Hücumun vurduğu ziyan və tələfat barədə rəsmi məlumatlar hələlik dəqiqləşdirilir.