📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mülki ermənilər Laçındakı buraxılış məntəqəsindən sərbəst keçirlər - VİDEO

2023-06-28 22:48:00

Mülki ermənilər Laçındakı buraxılış məntəqəsindən sərbəst keçirlər - VİDEO

Mülki ermənilərin Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi təmin edilib.

Hurriyyet.Az xəbər verir ki, bununla bağlı görüntülərdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.

Onların avtomobilləri prosedura uyğun olaraq yoxlanılır, sonra gediş-gəlişləri təmin edilir.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasının göstəricisidir. \\Report