📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Murad Arif Xankəndidə izdiham yaratdı

2026-07-06 16:11:44

Murad Arif Xankəndidə izdiham yaratdı

HITMAKER Murad Arif bu dəfə Xankəndidə əsl musiqi bayramı yaşadıb.

Hurriyyet.info  xəbər verir ki, yağışlı hava şəraitinə baxmayaraq, yüzlərlə insan Xankəndi meydanına toplaşaraq sənətçinin ən sevilən hitlərini onunla birlikdə ifa edib.

Bir-birinin ardınca səslənən hit mahnılar, minlərlə səsin birləşdiyi anlar və möhtəşəm enerji gecəyə damğa vurub.

Xüsusilə “Hoqqa” mahnısı böyük maraq və coşğu ilə qarşılanıb.