📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müşfiq Hətəmov “Space”dən getdi - Yeni rəhbər o oldu

2023-02-07 12:13:00

Müşfiq Hətəmov “Space”dən getdi - Yeni rəhbər o oldu

"Space" TV-də rəhbər dəyişikliyi olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə  telekanaldan bildirilib. 

Məlumata görə, televiziyanın baş direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov başqa işə keçməsi ilə əlaqədar telekanaldan ayrılıb. 

Onu "Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Korovin əvəz edib. 

Qeyd edək ki, M. Hətəmov bu vəzifəyə 2021-ci ilin may ayında təyin olunmuşdu.