📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nadir Qafarzadə: "Bəzi sənətkarların başı gedib, səhnədən getməlidirlər"

2026-07-08 19:18:25

Nadir Qafarzadə:

Müğənni Nadir Qafarzadə "İncə səhər" verilişində səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Hurriyyet.info  Milli.az-a istinadla xəbər verir ki, ifaçı bildirib ki, uzun illər tamaşaçı sevgisi qazanan bəzi sənət nümayəndələri vaxtında səhnə ilə vidalaşmağı bacarmalıdırlar.

Nadir Qafarzadənin sözlərinə görə, illərlə pərəstiş edilən sənətkarlar olsa da, yaş öz sözünü deyir və bunu normal qarşılamaq lazımdır.

Müğənni bu mövzuda Xalq artisti Elmira Rəhimovanı nümunə göstərib. O bildirib ki, sənətçi ilə vaxtaşırı telefon əlaqəsi saxlayır, evinə qonaq gedir və onun vaxtında səhnədən ayrılmaq qərarını hər zaman yüksək qiymətləndirir.

Qafarzadənin sözlərinə görə, Elmira Rəhimova ona səhnədən doğru zamanda getdiyini və bunu tamaşaçıların yaddaşında qazandığı nüfuzu qorumaq üçün etdiyini bildirib. Müğənni qeyd edib ki, sənətkar fəaliyyətini davam etdirsəydi, yaşla bağlı müəyyən çətinliklər və səhvlər yarana bilərdi.

İfaçı əlavə edib ki, yaşı 80-i keçməsinə baxmayaraq, Elmira Rəhimova hələ də sağlam düşüncəsi, ziyalılığı və kübar davranışı ilə seçilir. O, həmçinin vurğulayıb ki, sənətçi ixtisasca ingilis dili müəllimidir.

Nadir Qafarzadənin bu açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.