📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı

2026-07-11 18:35:18

Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı

Zərdabda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Modern.az xəbər verir ki, Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən N.Ağazadə saxlanılıb. Müayinə zamanı onun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.

Sürücü barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.