📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“NATO sizi qorumayacaq” - Rusiya Xarici Kəşfiyatı Latviyanı hədələdi

2026-05-19 18:27:58

“NATO sizi qorumayacaq” - Rusiya Xarici Kəşfiyatı Latviyanı hədələdi

Ukrayna hərbi qulluqçuları Latviya ərazisindən Rusiyadakı hədəflərə qarşı dronlar atmağa hazırlaşır. 

Hurriyyet.info xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidməti belə bir bəyanatla çıxış edib.

"Alınan məlumata görə, Kiyev Baltikyanı ölkələr tərəfindən Ukrayna Silahlı Qüvvələrinə verilən hava dəhlizlərindən istifadə etməklə məhdudlaşmaq niyyətində deyil. Onlar həmçinin dronları bu dövlətlərin ərazisindən atmağı planlaşdırır", - qurum qeyd edib.

Açıqlamada iddia edilir ki, bu məqsədlə Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin şəxsi heyəti Latviyadakı beş hərbi bazaya - Adaji, Selija, Lielvarde, Dauqavpils və Jekabpilsə yerləşdirilib.