📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NATO zirvəsində diqqət çəkən məqamlar - Ramanın ayaqqabısı, Meloninin reaksiyası... + VİDEO

2026-07-08 16:26:32

NATO zirvəsində diqqət çəkən məqamlar - Ramanın ayaqqabısı, Meloninin reaksiyası... + VİDEO

Ankarada keçirilən NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsinin ikinci günündə liderlərin bir araya gəldiyi ailə fotosu zamanı yaşanan bəzi maraqlı anlar diqqət çəkib.

Ən çox müzakirə olunan məqamlardan biri Albaniyanın Baş naziri Edi Ramanın ağ idman ayaqqabısı olub. NATO-nun baş katibi Mark Rutte ailə fotosu öncəsi ABŞ Prezidenti Donald Trampın diqqətini Ramanın ayaqqabılarına yönəldib.

İtaliyanın Baş naziri Corcia Meloni isə ailə fotosu zamanı Donald Trampın olduğu istiqamətə baxmaması ilə diqqət çəkib. Həmin anlar sosial şəbəkələrdə geniş müzakirə olunub.

Fransa Prezidenti Emmanuel Makronun ailə fotosu zamanı qapalı məkanda da eynəyini çıxarmaması da diqqətdən yayınmayıb.