📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NATO Zirvəsində MÜHÜM QƏRAR: 9 ölkə birləşdi - Türkiyə də imza atdı

2026-07-09 14:45:19

NATO Zirvəsində MÜHÜM QƏRAR: 9 ölkə birləşdi - Türkiyə də imza atdı

Ankarada keçirilən NATO Liderləri Zirvəsində müdafiə sahəsində mühüm maliyyə təşəbbüsü irəli sürülüb.

Hurriyyet.info xəbər verir ki, Türkiyə, Kanada, Albaniya, Belçika, Yunanıstan, Latviya, Lüksemburq, Rumıniya və Ukrayna Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankının (DSRB) yaradılması ilə bağlı birgə niyyət bəyannaməsi imzalayıblar.

Kanada Baş nazirinin Ofisinin yaydığı məlumata görə, yeni maliyyə institutunun 2027-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulur. Bankın baş qərargahının Kanadada yerləşməsi planlaşdırılır.

Yeni qurumun əsas məqsədi müdafiə, təhlükəsizlik və dayanıqlılıq sahələrində həyata keçirilən layihələrin uzunmüddətli və aşağı faizli maliyyələşdirilməsini təmin etməkdir.

Bildirilib ki, bank üzv dövlətlərə, eləcə də müdafiə sənayesində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərəcək. Bununla yanaşı, müdafiə təchizat zəncirində mövcud maliyyə çatışmazlığının aradan qaldırılması və sənaye potensialının gücləndirilməsi də əsas hədəflər sırasındadır.

Məlumata görə, bankın güclü kredit bazası sayəsində üzv ölkələrin kapitala çıxışı asanlaşacaq, borclanma xərcləri azalacaq və müdafiə layihələrinin maliyyələşdirilməsi daha əlçatan olacaq.

Qeyd edək ki, təşəbbüsün əsas məqsədlərindən biri də NATO üzvləri və tərəfdaş ölkələrin müdafiə xərcləri ilə bağlı öhdəliklərini yerinə yetirməsinə dəstək verməkdir. Yeni bankın kommersiya banklarından kredit əldə etməkdə çətinlik çəkən müdafiə şirkətlərinə də zəmanət mexanizmi təqdim edəcəyi gözlənilir.