📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri və müavini İŞDƏN QOVULDU

2023-02-28 21:58:00

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri və müavini İŞDƏN QOVULDU

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini sərəncam imzalayıb.

Sərəncama əsasən Bəhruz Surxay oğlu Bayramov Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Xəyalə Xalıqverdi qızı Dadaşovaya verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini digər sərəncamı ilə Fikrət Əyyub oğlu Həsənov Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilib.