📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvan sakini dövlət qurumlarının süründürməçiliyindən ŞİKAYƏTÇİDİR

2023-04-18 14:32:00

Naxçıvan sakini dövlət qurumlarının süründürməçiliyindən ŞİKAYƏTÇİDİR

Toğrul Nəbizadə: "Avtomobilimi cərimə meydançasından çıxarmaq üçün getdiyimdə maşının üzərindəki yükün qaiməsini tələb ediblər, həmin yük isə 2 il öncə şəxsi həyətimdə kəsilmiş ceviz ağacıdır, ona da qaimə verən yoxdur"

Hurriyyet.az-a müraciət edən Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhər sakini Toğrul Nəbizadə avtomobilinin sağ ön işığı yanmadığı üçün cərimə meydançasına aparıldığını və məhz bundan sonra dövlət qurumları tərəfindən süründürməçiliyə məruz qaldığını bildirib.

Belə ki, hadisənin aprelin 15-də baş veridiyini deyən şikayətçinin sözlərinə görə, səhəri gün avtomobilini cərimə meydançasından çıxarmaq üçün getdiyində ondan maşının üzərindəki yükün qaiməsini tələb ediblər: "Həmin yük isə 2 il öncə şəxsi həyətimdə kəsilmiş ceviz ağacıdır. Qaimə üçün hara gedirəmsə heç bir müəssisə qaimə vermir. Daxili İşlər Nazirliyinə şikayət etdim, dedilər ki, araşdırılır. İki gündür ki, məni "Respublika QAİ"sində (Dövlət Yol Polisi-red.) gözlətdirirlər. Hələlik heç bir cavab verən yoxdur. Sadəcə, baxılacaq deyirlər".

Hurriyyet.az