📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvanda bədbəxt hadisə: 7 yaşlı uşaq kanalda boğuldu

2026-06-07 11:01:10

Naxçıvanda bədbəxt hadisə: 7 yaşlı uşaq kanalda boğuldu

Naxçıvan şəhərində yeddi yaşlı uşaq su kanalında boğularaq ölüb.

Modern.az xəbər verir ki, hadisə Qaraxanbəyli kəndi ərazisində baş verib.

Belə ki, 2019-cu il təvəllüdlü Q.E. kənd ərazisində velosiped sürərkən ehtiyatsızlıqdan su kanalına düşüb. O, sudan çıxarılaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.