Naxçıvanda bu il “Dəstək” Fondu tərəfindən 341 550 manat maddi yardım edilib
2023-07-20 20:11:00
Naxçıvanda bu ilin 6 ayında “Dəstək” Fondu tərəfindən ümumilikdə 341 550 manat maddi yardım edilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin 6 ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına “Dəstək” Fondundan maddi yardım alan şəxslərin statistikasını təqdim edib.
Statistikaya əsasən, bu ilin 6 ayında 91 şəhid ailəsi, 43 müharibə əlilinə ümumilikdə 341 550 manat maddi yardım olunub. \\Report.Az