📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazarbayevin qardaşı vəfat etdi

2023-11-13 10:22:23

Nazarbayevin qardaşı vəfat etdi

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin kiçik qardaşı, biznesmen Bolat Nazarbayev 71 yaşında vəfat edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

“Saat 09:28-də (Bakı vaxtı ilə 07:28) ürəyin fəaliyyəti dayanıb. Təxminən 23 dəqiqə reanimasiya tədbirləri görülsə də, heç bir nəticəsi olmayıb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, noyabrın əvvəlində Bolat Nazarbayev təkrar infarkt səbəbindən Almatıdakı Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilmişdi.