📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazilə Səfərli ona mesaj yazan izləyicini polisə verdi - FOTO

2026-07-03 21:49:14

Nazilə Səfərli ona mesaj yazan izləyicini polisə verdi - FOTO

Şair Nazilə Səfərli sosial şəbəkədə ünvanına göndərilən təhqir və hədə xarakterli mesajlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini açıqlayıb.

Sənətçi instaqram hesabında paylaşım edərək ona yazılan mesajların görüntülərini izləyiciləri ilə bölüşüb. Paylaşılan yazışmalarda həmin şəxsin Nazilə Səfərlini təhqir etdiyi, müxtəlif ittihamlar səsləndirdiyi və məhkəmə ilə hədələdiyi əks olunub.

Nazilə Səfərli paylaşımında bu hadisəyə ironik münasibət göstərərək, baş verənlərə etirazını ifadə edib və bəzi şəxslərin qanunları ciddiyə almadığını vurğulayıb.

Məlumata görə, mübahisənin yaranmasına səbəb şairin bir gün əvvəl həbs olunan "Arzum" ləqəbli bloqer İlduzə Hacıyevaya dəstək xarakterli paylaşım etməsi olub.

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub./milli.az/