Nazir müavini: Süni intellekt əkin sahələrinin monitorinqini və subsidiya nəzarətini gücləndirir
Süni intellekt və peyk görüntüləri əsasında əkin sahələrinin avtomatik monitorinqi kənd təsərrüfatında subsidiya mexanizminin daha şəffaf və səmərəli tətbiqinə imkan yaradır.
Hurriyyet.info xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda keçirilən dəyirmi masada səsləndirib.
Nazir müavini bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin rəqəmsal transformasiya layihəsi çərçivəsində 33 rəqəmsal həll hazırlanıb, onların bir qismi artıq tətbiq olunur.
Onun sözlərinə görə, peyk məlumatları və süni intellekt texnologiyaları vasitəsilə əkin sahələrinin avtomatik monitorinqi həyata keçirilir. Bu yanaşma yanlış subsidiya hallarının aşkarlanmasına, dövlət vəsaitlərindən daha səmərəli istifadəyə və subsidiya proseslərinin sürətləndirilməsinə imkan yaradır.