📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazirdən MÜHÜM Orta Dəhliz anonsu

2026-07-08 14:13:24

Nazirdən MÜHÜM Orta Dəhliz anonsu

“Bu gün müzakirə olunan mövzulardan biri nəqliyyat sahəsində əməkdaşlıq idi. Ölkələr potensialından istifadə edərək yaxın ölkələrə çıxış imkanlarından istifadə etməkdir”.

Hurriyyet.info xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında bildirib.

C.Bayramovun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə intensiv əməkdaşlığı var:

“Orta dəhlizin əhəmiyyəti ildən-ilə artır. Orta Dəhlizdə Ələt İqtisadi Zonasının regiona birbaşa çıxışı var. Bu, iordaniyalı investorlar üçün böyük imkanlar yaradır. Eyni zamanda, Azərbaycandan enerji resurslarının ixracı həyata keçirilir. İordaniya Azərbaycan və Türkiyənin Aralıq dənizi hövzəsində əməkdaşlığı üçün geniş imkanlar var”.