📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Nə pulu qaytarır, nə üzrxahlıq edirlər" - Aytən Səfərova şikayətçidir

2023-06-03 22:01:00

Aparıcı Aytən Səfərova şirniyyat satılan mağazalardan birindən şikayətçidir.

Aparıcı bu barədə sosial media hesabında yazıb. O, şirniyyatların yarım gün ərzində artıq kifləndiyini və mağazanın pullarını qaytarmadığını vurğulayıb:

"alba_cakes" - bu mağazadan məhsul alanda çox düşünün. Ailəmizin ən yaxın dostlarından biri, uşaqlarımızın kirvəsi bu mağazadan şirniyyat alıb. Yarım gün keçməmiş kif atmağa başlayıb. Nə istidən, nə "təbii" olduğundan! Keyfiyyətsizliyindən və köhnəlməsindən! Nə pulu qaytarırlar, nə üzrxahlıq edirlər. Ayıb olsun!"

 

Axşam.az