Nəriman Həsənzadə necədir?
2026-07-06 16:52:01
Xalq şairi Nəriman Həsənzadənin səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.
Mərkəzi Klinikadan Musavat.com-a bildirilib ki, şairin vəziyyəti ağır stabil olaraq qalır:
“Xəstənin vəziyyəti ağır stabil olaraq qalır. Kompleks müalicəsi davam edir”.
Qeyd edək ki, Nəriman Həsənzadə Mərkəzi Klinikada müalicə olunur. O, xroniki orqan çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə yerləşdirilib.