📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nəriman Həsənzadənin SON DURUMU AÇIQLANDI

2026-07-02 17:27:47

Nəriman Həsənzadənin SON DURUMU AÇIQLANDI

Xalq şairi Nəriman Həsənzadənin səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.

Mərkəzi Klinikadan Hurriyyet.info -ya  bildirilib ki, şairin vəziyyəti ağır stabil olaraq qalır. Hazırda onun kompleks müalicəsi davam etdirilir.

Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost isə Musavat.com-a açıqlamasında bildirib ki, həkimlər şairin vəziyyətini diqqətdə saxlayırlar:

"Nəriman bəyə verilən yuxu dərmanları dayandırılıb. Huşunun özünə gəlməsini gözləyirik. Həkimlər deyirlər ki, səbirlə gözləyək".

Qeyd edək ki, Nəriman Həsənzadə Mərkəzi Klinikada müalicə olunur. O, xroniki orqan çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə yerləşdirilib.