📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Netanyahu ABŞ-yə planlaşdırılan səfərini TƏXİRƏ SALDI - SƏBƏB

2026-07-16 14:16:46

Netanyahu ABŞ-yə planlaşdırılan səfərini TƏXİRƏ SALDI - SƏBƏB

 

İsrail Baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ-yə planlaşdırılan rəsmi səfərini təxirə salıb.

Hurriyyet.info xəbər verir ki, bu barədə məlumatı İsrail hökumət başçısının dəftərxanasına istinadən yerli "Ynet" portalı yayıb.

Məlumata görə, Benyamin Netanyahunun ABŞ-yə səfəri zamanı iyulun 11-də vəfat edən amerikalı senator Lindsi Qremin vida mərasimində iştirakı nəzərdə tutulmuşdu.

Səfərin təxirə salınmasına səbəb senator Qremin dəfn mərasiminin, böyük ehtimalla, cari ayın sonuna qədər təxirə salınması olub.

Qeyd edək ki, bundan əvvəl "The Times of Israel" qəzeti İsrail Baş nazirinin bu səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla da görüşməyi planlaşdırdığını yazıb. Nəşrin məlumatına görə, İsrail tərəfi hələ senator Qremin ölümündən əvvəl Ağ Evlə yaxın həftələrdə belə bir görüşün təşkili imkanlarını müzakirə edirdi.