📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Netanyahunun Türkiyə tələbi Trampı qəzəbləndirib

2026-07-17 13:16:43

Netanyahunun Türkiyə tələbi Trampı qəzəbləndirib

ABŞ prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahunun Türkiyəyə F-35 qırıcı təyyarələrinin mümkün transferi ilə bağlı tənqidindən çox qəzəblənib.

Hurriyyet.info xəbər verir ki, məlumatı Axios portalı yayıb. Portalın Ağ Evdəki mənbəyinə görə, Amerika lideri İsrail Baş nazirinin bu ayın əvvəlində Fox News-a verdiyi müsahibədə beşinci nəsil qırıcı təyyarələrin Ankaraya transferinə qarşı olduğunu bildirməsindən sonra "qəzəblənib".

Başqa bir mənbə qeyd edib ki, Tramp Netanyahunun bu prosesə müdaxilə etmək "haqqı"nın olmadığını hesab edir.

Qeyd edək ki, iyulun əvvəlində İsrail Baş naziri Türkiyənin Amerika F-35 qırıcı təyyarələrini almasının Yaxın Şərqdə güc balansının pozulmasına səbəb olacağını bildirib. O, əlavə edib ki, "Türkiyənin aqressiv niyyətləri var".

Axios-un məlumatına görə, Netanyahu əvvəllər telefon danışığında Trampdan ölkənin hava qüvvələrini modernləşdirmək üçün Türkiyəyə yeni silah sistemləri transfer etməkdən çəkinməsini istəyib.