📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Niderlandda 18 yaşlı azərbaycanlı göldə boğuldu - FOTO

2026-05-28 18:54:01

Niderlandda 18 yaşlı azərbaycanlı göldə boğuldu - FOTO

Niderlandda azərbaycanlı gənc faciəli şəkildə ölüb.

Hurriyyet.info xəbər verir ki, Marneuli bələdiyyəsinin Aşağı Saral kənd sakini, 18 yaşlı Raliz Rəgimov Niderlandda göldə boğularaq həyatını itirib.

Məlumata görə, gənc ölkəyə işləmək məqsədilə gedibmiş.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik açıqlanmayıb.