📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nigarın şirkəti fəaliyyətini dayandırdı

2026-07-21 14:17:49

Nigarın şirkəti fəaliyyətini dayandırdı

Bir qrup vətəndaş "Aid-Group" xaricdə təhsil şirkəti və onun rəhbəri Nigar Fərhaddan şikayətçi olduqdan sonra şirkət fəaliyyətini dayandırıb. 

Hurriyyet.info  xəbər verir ki, şirkətin sosial şəbəkə hesabında məsələ ilə bağlı paylaşım edilib.

Bildirilib ki, şirkət müvəqqəti olaraq fəaliyyətini dayandırıb. 

"Şirkətimiz fəaliyyətinə müvəqqəti ara verib. Fəaliyyətimiz həftə ərzində bərpa olunduqdan sonra bu barədə məlumat verəcəyik" deyə, paylaşımda yazılıb. 

Şirkətlə bağlı məlumatların şərh bölümündə isə Nigar Fərhadın saxlanılması haqda rəylər yazılıb. Bildirilib o, müştərilərin şikayəti əsasında saxlanılıb.

Qeyd edək ki, Nigar Fərhad "Kanal S"də "Sözün bitdiyi an" verilişinin aparıcısı kimi tanınıb.