📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Nikosayağı"nın yeni görüntüsü yayıldı - FOTO

2026-05-29 14:35:55

Bloger Zaur İskəndərov illər sonra yaxın dostu Nicat Şakirli ilə bir araya gəlib.

Zaur şəxsi “Instagram” hesabında Nicat ilə birlikdə çəkilən fotosunu paylaşaraq diqqət çəkib. Paylaşım qısa zamanda sosial şəbəkələrdə marağa səbəb olub.

Zaur və Nicat uzun illərdir yaxın dostdurlar.

Qeyd edək ki, Niko bir müddət əvvəl törətdiyi yol-nəqliyyat hadisəsi ilə gündəmə gəlmişdi. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. (Nocomment.az)