📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nobel mükafatının məbləği 1 milyon kron artacaq

2023-09-16 00:33:16

Nobel mükafatının məbləği 1 milyon kron artacaq

Nobel Fondu hər kateqoriya üzrə Nobel mükafatının məbləğini ötən illə müqayisədə 1 milyon İsveç kronu (təxminən 90 min dollar) artıracaq.

Hurriyyet.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

2022-ci ilin sonunda Nobel Fondunun sərmayə kapitalının bazar dəyəri 5,8 milyard krondan (təxminən 519 milyon dollar) bir qədər az idi.

Builki qaliblərin elanı oktyabrın 2-də başlayacaq. Oktyabrın 2-dən 9-dək müxtəlif sahələr üzrə Nobel mükafatçılarının elan olunacağı Stokholm və Osloda Nobel Həftəsi keçiriləcək. \\KONKRET.az