"O da şairdir!" - Deputatdan Seyidcahana dəstək!
2023-07-04 23:00:00
“O da şairdir, ironiya, istehza ilə şeirlər yazır. Kiminsə bəyənib-bəyənməməyi ilə deyil”.
Hurriyyet.Az bildirir ki, bu sözləri Şərq.Az-a millət vəkili Aqil Abbas Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilməsini qınayanlar haqda deyib.
Deputat bildirib ki, birliyə qəbul olunmaq üçün müəyyən şərtlər mövcuddur:
“Yazıçılar Birliyinə qəbul üçün müəyyən qədər şeirin çap olunur, 3 adamdan da rəy alırsan, üzv olunursan. Məsələ burasındadır ki, onu bəyənməyənlər başqa şairlərin şeirlərini oxuyurlar. Ramiz Rövşənin yaxud da digərlərinin... Ancaq onu təbrik edə bilərəm. Gözəl bəstəkardır, şeirləri də var”.