📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Odessa yaxınlığında vurulan gəminin kapitanı Lənkəranda dəfn olunub

2026-07-19 10:19:13

Odessa yaxınlığında vurulan gəminin kapitanı Lənkəranda dəfn olunub

Odessa yaxınlığında vurulan gəminin kapitanı Səməd Nəsrullayevin cənazəsi Lənkəranda torpağa tapşırılıb.

"Report"un Cənub bürosunun məlumatına görə, S.Nəsrullayevin cənazəsi Lənkəran rayonuna gətirilib.

Mərhumun nəşi doğulduğu Balıqçılar qəsəbəsində ailəsinə təhvil verilib, o, sonra qəbiristanlıqda dəfn olunub.

Xatırladaq ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin Okean Maritime şirkətinə məxsus "Atlas Bey" adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəminin ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub.