📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Odessada vurulan gəminin azərbaycanlı heyəti ölkəmizə yola salınıb - KAPİTANIN NƏŞİ AXTARILIR

2026-07-16 09:41:52

Odessada vurulan gəminin azərbaycanlı heyəti ölkəmizə yola salınıb - KAPİTANIN NƏŞİ AXTARILIR

14 iyul tarixində Ukraynanın Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış Atlas Bey mülki ticarət gəmisinin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən ölkəmizə yola salınıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Qeyd olunub ki, gəmi kapitanının axtarışı istiqamətində səfirliyimiz tərəfindən Ukraynanın aidiyyəti qurumları ilə birgə müvafiq tədbirlər görülür.