📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Oğuzhan Uğur saxlanıldı – “Ahbap” istintaqında yeni əməliyyat

2026-07-17 18:29:49

Oğuzhan Uğur saxlanıldı – “Ahbap” istintaqında yeni əməliyyat

Türkiyədə “YouTube” platformasında yayımlanan “Babala TV”nin təsisçisi Oğuzhan Uğur saxlanılıb.

Hurriyyet.info  xəbər verir ki, İstanbul Baş Prokurorluğunun “Ahbap” Dərnəyinin fəaliyyəti ilə bağlı apardığı istintaq çərçivəsində Oğuzhan Uğur barəsində saxlanılma qərarı icra olunub.

Əməliyyat zamanı onunla yanaşı daha bir neçə şübhəli də nəzarətə götürülüb. Prokurorluğun məlumatına görə, ümumilikdə 9 nəfər haqqında saxlanılma qərarı verilib, onlardan 7-si artıq saxlanılıb, digər iki nəfərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Bildirilir ki, Oğuzhan Uğur 2023-cü il fevral zəlzələlərindən sonra “Ahbap” Dərnəyi ilə birlikdə yardım kampaniyalarında iştirak edib. Hazırkı istintaq həmin dövrdə dərnəyin fəaliyyəti ilə bağlı aparılan araşdırmalar çərçivəsində həyata keçirilir. 

Türkiyə mediasının məlumatına görə, polis əməkdaşları səhər saatlarında Oğuzhan Uğurun yaşadığı ünvanda axtarış aparıb, daha sonra o, ifadəsi alınmaq üçün İstanbul Polis İdarəsinə aparılıb. İstintaq çərçivəsində saxlanılan digər şəxslərin də dindirilməsi davam edir. 

Hazırda istintaq davam edir və prokurorluq tərəfindən hadisə ilə bağlı əlavə açıqlamaların veriləcəyi gözlənilir.