Oktay Kaynarcanın yeni serialında sürpriz - 5 il sonra qayıdır
Türkiyənin tanınmış aktyoru Oktay Kaynarca yeni televiziya mövsümündə tamaşaçı qarşısına iddialı layihə ilə çıxmağa hazırlaşır.
Hurriyyet.info xəbər verir ki, aktyorun həm prodüseri olduğu, həm də baş rolunu canlandıracağı "Hamal" serialının baş qadın obrazını Fahriyə Evcən ifa edəcək. Bir müddətdir gizli şəkildə aparılan danışıqlar müsbət nəticələnib və tərəflər razılığa gəlib.
Beləliklə, Fahriyə Evcən uzun fasilədən sonra yenidən televiziya ekranlarına qayıdır. Aktrisa sonuncu dəfə 2021-ci ildə yayımlanan "Alparslan: Büyük Selçuklu" serialında rol almışdı.

Yeni mövsümdə atv kanalında yayımlanacaq "Hamal" serialının ssenarisi Kerem Deren və Hazal Tenimə məxsusdur. Layihənin rejissoru Mustafa Şevki Doğan olacaq. Digər aktyor heyəti və serialın mövzusu ilə bağlı isə hələlik rəsmi məlumat verilməyib.
Qeyd edək ki, layihə əvvəlcə "Kafkas" adı ilə təqdim olunmuşdu. Daha sonra serialın adının "Hamal" olaraq dəyişdirildiyi açıqlanıb. İddialı yaradıcı heyəti və baş rolları ilə layihənin yeni televiziya mövsümünün ən çox maraq doğuran seriallarından biri olacağı gözlənilir.