📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Oliqarxa sui-qəsd edən qadın öldürüldü –Qatillərdən biri kəşfiyyat zabitidir

2026-07-07 14:36:03

Oliqarxa sui-qəsd edən qadın öldürüldü –Qatillərdən biri kəşfiyyat zabitidir

Ukraynalı milyarder və oliqarx Vadim Yermolayevə qarşı iyunun 30-da Monakoda təşkil edilən sui-qəsd cəhdinin əsas şübhəlisi olan Ukrayna vətəndaşı Anastasiya Berezovskayanın meyiti ötən gecə Kiyev yaxınlığında tapılıb.

"Ukrainskaya Pravda" qəzetinin hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən verdiyi məlumata görə, qadın odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

Artıq Ukrayna polisi cinayəti törətməkdə şübhəli bilinən iki nəfəri isti izlərlə həbs edib. Saxlanılan şəxslərin kimliyi ölkədə böyük səs-küyə səbəb olub. Belə ki, şübhəlilərdən biri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) hazırda xidmətdə olan zabiti, digəri isə keçmiş hüquq-mühafizə orqanı əməkdaşıdır.