📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ölkədən çıxa bilmirəm, "Stop"um var"

2026-07-09 18:23:39

Müğənni Mehin Hümbətova açıqlaması ilə diqqət çəkib.

Hurriyyet.info xəbər verir ki, ifaçı hazırda ölkədən kənara səfər edə bilmədiyini açıqlayıb.

Sənətçi bildirib ki, adına qoyulan "stop" səbəbindən xaricə çıxışı məhdudlaşdırılıb. Onun sözlərinə görə, bu məsələ yaxın zamanda həllini tapacaq və məhdudiyyət aradan qaldırılacaq.

İfaçı "stop"un hansı səbəbdən tətbiq edildiyini açıqlamayıb. O, yalnız problemin yaxın günlərdə həll olunacağını və bununla bağlı narahatlığa əsas olmadığını vurğulayıb.