📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Oman sahillərində gəmi vuruldu: Heyət xilas edildi, yanğın davam edir

2026-07-20 21:43:23

Oman sahillərində gəmi vuruldu: Heyət xilas edildi, yanğın davam edir

Hurriyyet.info xəbər verir ki, Omanın Kumzar şəhərindən 8 dəniz mili şimal-qərbdə yerləşən sularda gəmi hücuma məruz qalıb.

Böyük Britaniyanın Dəniz Ticarətinin Əlaqələndirilməsi Təşkilatının (UKMTO) məlumatına görə, naməlum mərminin zərbəsindən sonra gəmidə yanğın başlayıb. Ekipaj üzvləri vaxtında gəmini tərk edərək yedəkçi vasitəsilə təhlükəsiz yerə çıxarılıblar.

Hazırda sərbəst şəkildə dreyf edən gəmidə yanğın hələ də söndürülməyib.