ONLARIN MAAŞI 5 MİN MANATA YAXINDIR - Azərbaycanda ən çox və ən az qazananlar kimlərdir? (SİYAHI)
2026-07-22 10:52:09
Azərbaycanda əmək bazarında maaş fərqləri iqtisadi fəaliyyət sahələrindən asılı olaraq ciddi şəkildə dəyişir.
Hurriyyet.info Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkədə orta aylıq nominal əməkhaqqı 1 175 manat olsa da, bəzi sektorlarda bu göstərici orta maaşı iki, hətta üç dəfə üstələyir.
Ən yüksək əməkhaqqı ödənilən sahələrin siyahısına mədənçıxarma sənayesi başçılıq edir.
Bu sektorda çalışanların orta aylıq əməkhaqqı 4 405,7 manat təşkil edir. Qeyri-dövlət sektorunda isə maaş daha yüksək – 5 289,4 manat, dövlət müəssisələrində isə 2 555,6 manatdır.