OPEC+ neft hasilatını artırmağa qərar verdi - Bazara təsiri necə olacaq?
OPEC+ alyansının hasilatı könüllü azaldan 7 ölkəsi (Rusiya, Səudiyyə Ərəbistanı, Əlcəzair, İraq, Küveyt, Qazaxıstan və Oman) avqust ayı üçün gündəlik hasilatı 188 min barel artırmaq barədə qərar qəbul ediblər.
Musavat.com OPEC-ə istinadən xəbər verir ki, bu ölkələr (may ayında OPEC və OPEC+-dan çıxan BƏƏ xaric) hazırda bazara əvvəl azaltdıqları əlavə 1,65 milyon bareli bərpa edirlər.
Hazırkı artım cədvəlinə əsasən, bu ölkələr məhdudiyyətləri ləğv etmək üçün avqust və sentyabr aylarında kvotalarını gündə 188 000 barel artırmalıdırlar. Artım qərarına baxmayaraq, Rusiyanın hasilatı artırmaq imkanı yoxdur. Ölkə artıq 1 ildən çoxdur hasilat kvotasına əməl edə bilmir.
OPEC+ qərarının dünya bazarında neft qiymətlərinə azaldıcı təsir edəcəyi gözlənilir.